02.11.2026 - 14:04
Payızda ürəyi qoruyaraq idman etməyin yolu açıqlandı
Səhiyyə 146 baxış

Payızda ürəyi qoruyaraq idman etməyin yolu açıqlandı

Payız aylarında soyuq havada idmanla məşğul olmaq istəyənlər üçün ürək sağlamlığını qorumaq məqsədilə müəyyən qaydalara riayət etmək vacibdir.

Baku.ws-ın xarici mediaya istinadən verdiyi məlumata görə, tibb elmləri namizədi Elvira Xaçirova idmana başlamazdan əvvəl 5-10 dəqiqə isinmə hərəkətləri etməyi tövsiyə edir.

Mütəxəssis bildirir ki, isinmə zamanı nəbzin tədricən artırılması, stenokardiya tutması, ürək ritminin pozulması və hipertenziv kriz riskini azaltmağa kömək edir.

Həkim, soyuq havada ən təhlükəsiz fiziki fəaliyyət növləri kimi sürətli yeriş, hovuzda üzmə və xizək sürməni tövsiyə edir.

Xanım Xaçirova, məşq zamanı sinədə ağrı və ya narahatlıq, soyuq tər və ürək döyüntüsündə pozulma hiss edildikdə, idmanı dərhal dayandırmağın vacibliyini vurğulayır. O, həmçinin soyuq havada qat-qat geyinməyi və idman üçün günün əsasən günorta saatlarını seçməyi məsləhət görür.

Mütəxəssislər, xüsusilə payız və qış aylarında fiziki aktivlik zamanı ürək-damar sağlamlığına diqqət yetirməyin vacibliyini bildirirlər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: