31.10.2026 - 13:14
Məşhur diyetoloqdan ideal səhər yeməyi resepti: Tək kəsmik yetərli deyil
Səhiyyə 154 baxış

Məşhur diyetoloqdan ideal səhər yeməyi resepti: Tək kəsmik yetərli deyil

Səhər yeməyində kəsmikdən istifadə etmək bir çox insanın seçimidir. Kəsmik, süd məhsulu olaraq uzun müddət toxluq hissi yaradan, əzələ kütləsini qoruyan, lakin gec həzm olunan kazein adlı proteinlə zəngindir.

Publika.az-ın məlumatına görə, Sağlam Qidalanma Tədqiqat Mərkəzinin direktoru, tanınmış diyetoloq və qastroenteroloq Nuriya Dianova “Gazeta”ya verdiyi müsahibəsində səhəri yalnız zülallı qida ilə açmağın kifayət etmədiyini bildirib. O qeyd edir ki, bu, maddələr mübadiləsini dəstəkləmir.

Diyetoloq ideal səhər yeməyində zülaldan əlavə, mikrobiom və sabit qan şəkəri üçün lif şəklində mürəkkəb karbohidratlar və doymamış yağların da olması lazım olduğunu vurğulayıb.

“Ən optimal səhər yeməyi variantlarından biri 2%-li qatıq, bir ovuc giləmeyvə, bir qaşıq çia toxumu və tam taxıllı dənli bitkilərlə hazırlanandır. Meyvə və ya giləmeyvələrlə birlikdə 5%-li kəsmikdən istifadə etmək və üzərinə şəkərsiz yulaf əzməsi, peçenye əlavə etmək də mümkündür. Laktoza həssaslığı olanlar üçün isə soya və ya noxud əsaslı bitki mənşəli alternativlər, eləcə də kokos yoqurtu kimi fermentləşdirilmiş məhsullar uyğun seçimlərdir”, – deyə Dianova bildirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: