31.10.2026 - 12:04
Elektron siqaret çəkənlərin nəzərinə!
Səhiyyə 226 baxış

Elektron siqaret çəkənlərin nəzərinə!

Adi siqareti əvəz edən elektron siqaretlərin, yəni veyplərin insan sağlamlığına ciddi zərər verə biləcəyi ilə bağlı daha bir hadisə qeydə alınıb. Publika.az-ın “112” “Telegram” kanalına istinadən verdiyi məlumata görə, bu dəfə ölüm hadisəsi Rusiyada baş verib.

Belə ki, Primorye vilayətinin sakini uzun müddət veypdən istifadə etdiyinə görə səhhətində ciddi problemlər yaranıb və o, xəstəxanaya yerləşdirilib. Həkimlər xəstənin vəziyyətinin veypdən qaynaqlandığını təsdiqləyiblər.

Məlumata görə, Kavalerovo şəhərindən olan 33 yaşlı kişi ağır nəfəs darlığı ilə təcili tibbi yardıma müraciət edib. Həkimlər ona ikitərəfli pnevmoniya, ağciyər fibrozu və vərəm diaqnozları qoyublar. Xəstənin vəziyyəti sürətlə pisləşib və ona leykemiya diaqnozu da qoyulub, bu isə tənəffüs çatışmazlığına səbəb olub.

Xəstə reanimasiyaya köçürülsə də, onu xilas etmək mümkün olmayıb. Həkimlər bildiriblər ki, xəstənin bu vəziyyətə düşməsində əsas amillərdən biri uzun müddət siqaret çəkməsi olub. Kişi 17 il ərzində veypdən istifadə edirmiş və bu, onun sağlamlığına ciddi təsir göstərib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: