05.11.2026 - 14:54
51 yaşında ilk dəfə ana oldu: "Kral əkizlər" dünyaya gətirdi
Səhiyyə 193 baxış

51 yaşında ilk dəfə ana oldu: "Kral əkizlər" dünyaya gətirdi

Rusiyanın Adıgey Respublikasında maraqlı bir hadisə baş verib. 51 yaşlı qadın ilk dəfə ana olmaq sevincini yaşayıb. Uzun müddət sonsuzluq problemi ilə üzləşən qadın süni mayalanma (EKO) prosedurundan keçdikdən sonra əkiz uşaq dünyaya gətirib.

Publika.az-ın məlumatına görə, bu barədə respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat verib. Qadının Maykop şəhər Klinik Xəstəxanasının poliklinikasında mütəxəssislərin göndərişi əsasında pulsuz EKO prosedurundan keçdiyi bildirilib. Hamiləlik müddətində həkimlər qadının səhhətini daim nəzarətdə saxlayıblar.

Doğuş hamiləliyin 37-ci həftəsində baş tutub. Dünyaya gələn əkizlər fərqli cinsdədir: oğlan uşağının çəkisi 2600 qram, boyu 48 santimetr, qız uşağının çəkisi isə 2050 qram, boyu 47 santimetrdir.

Qeyd edək ki, Rusiyada EKO proseduru icbari tibbi sığorta sisteminə daxil edilib. Qadınlar həkim müayinələrindən sonra bu prosedur üçün kvota əldə edə bilirlər. Tibbdə oğlan və qız əkizlərin dünyaya gəlməsi dizigotik əkizlik adlanır və xalq arasında “kral əkizləri” kimi tanınır. Bu adlandırma, hər iki cinsdən uşağın eyni vaxtda dünyaya gəlməsini ifadə edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: