Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - xəbərdarlıq
Bir neçə gündür davam edən mülayim hava şəraitinin ardından, noyabrın 15-i axşam saatlarından etibarən ölkə ərazisində hava şəraiti dəyişəcək. Baku.ws-ın məlumatına görə, hava şəraiti qeyri-sabit keçəcək və fasilələrlə yağıntılı olacaq.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, şimal-qərb küləyi arabir güclənəcək və havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı düşəcək.
Bakıda və Abşeron yarımadasında noyabrın 16-sı gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimal edilir. Həmçinin, noyabrın 15-i axşam saatlarından etibarən Azərbaycanın şimal və qərb rayonlarında yağıntıların başlanacağı gözlənilir. Ayrı-ayrı bölgələrdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi və dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır.
Çaylarda sululuğun artması gözlənilir və Böyük və Kiçik Qafqazın, eyni zamanda Lənkəran-Astara bölgəsinin bəzi çaylarında qısamüddətli daşqın və sel keçməsi ehtimalı var.
Qeyri-sabit hava şəraitinin noyabrın 16-sı axşamadək davam edəcəyi gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır
Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb