13.11.2026 - 14:24
Oxçuoğlu - adı dəyişdirilən, sakinləri qovulan, izləri silinməyən Qərbi Azərbaycan kəndi
Tarix 205 baxış

Oxçuoğlu - adı dəyişdirilən, sakinləri qovulan, izləri silinməyən Qərbi Azərbaycan kəndi

Mündəricat

Baku.ws-ın məlumatına görə, “Qərbi Azərbaycanın yaddaş yerləri” layihəsi çərçivəsində Ermənistanda 1980-ci illərin sonlarında azərbaycanlıların qovulması nəticəsində boşalmış Oxçuoğlu (Voxçi) kəndinin tarixi araşdırılıb.

Ermənistanda azərbaycanlıların yaşadığı bu kənd çarizm Rusiyası dövründə Oxçuoğlu, sovet dövründə isə Oxçoğli adlandırılıb. Kənd, ən azı 105 il Oxçuoğlu adını daşıyıb və 1991-ci ildə Ermənistanın Azərbaycan irsini erməniləşdirmək siyasəti çərçivəsində adı Voxçi olaraq dəyişdirilib.

Çar Rusiyası dövründə kənd Qars vilayətinin Qars dairəsinə aid olub. Erməni mənbələrinin istinad etdiyi statistik məlumatlara görə, 1915-ci ilə qədər kənddə əsasən azərbaycanlılar, qarapapaqlar yaşayıb. 1903-cü ildə kənddə 756, 1911-ci ildə isə 930 nəfər azərbaycanlı qeyd olunub.

Oxçuoğlu sakinlərinin etnik təmizləməyə məruz qaldıqlarını kənddə türk sakinlərin sayının kəskin azalması sübut edir. 1922-ci ildə kənddə 454 nəfər yaşayıb, onlardan demək olar ki, hamısı azərbaycanlı olub. Sovet dövründə kənd Ağbaba rayonunun tərkibində idi və sonradan Amasiya adlandırılıb. 1959-cu ildə kənddə 1087 nəfər azərbaycanlı yaşayırdı.

1980-ci illərin sonlarına yaxın, ermənilərin Qarabağa dair iddiaları və iki ölkə arasındakı münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar. Sonradan kəndə ermənilər yerləşdirilib. “Yoxa çıxmış sivilizasiya” kitabının hazırlanması çərçivəsində aparılan sahə işləri zamanı kənddə azərbaycanlı qəbiristanlığı aşkar edilib.

XƏBƏRİN VİDEOSU

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: