Dünya liderləri Türkiyədə: COP31 diplomatiya trafiği ilə davam edir
Noyabrın 11-12-də Türkiyənin Antalya şəhərində keçirilən Liderlər Zirvəsi çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan bir çox dünya liderini qəbul edib. Görüşlərdə müxtəlif regional və qlobal məsələlər müzakirə olunub.
Minval.info xəbər verir ki, Ərdoğan BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşündə Qəzza, Kipr və Liviyadakı vəziyyəti müzakirə edib. Həmçinin, Ukrayna-Rusiya müharibəsinin sona çatması üçün yeni dialoq prosesinə dəstək verməyə hazır olduqlarını bildirib. Hər iki lider 11 Noyabr Milli Ağaclandırma Günü münasibətilə Antalya EXPO ərazisində zeytun fidanı əkiblər.
İran Prezidenti Məsud Pezeşkiyan ilə görüşən Ərdoğan, İran-ABŞ qarşıdurmalarının sona çatması üçün dərhal danışıqlar masası qurulması və diplomatiyaya şans verilməsinin vacibliyini vurğulayıb.
ƏLAQƏLİ
ABŞ-ın diplomatik səyləri fonunda Rusiya və Ukrayna arasında gərginlik artır
Türkiyə-Ermənistan normallaşma prosesinin müsbət addımlarla davam etdiyini qeyd edən Ərdoğan, Ermənistan Baş naziri Nikol Paşinyan ilə görüşdə Ermənistan-Azərbaycan sülh prosesinə dəstəyini bir daha ifadə edib.
Braziliya Prezidenti Lula da Silva ilə görüşdə Ərdoğan, gələn il diplomatik əlaqələrin 100 illiyinin qeyd olunacağını xatırladaraq, Braziliyanın COP30 prezidentliyi dövründə əldə etdiyi uğurları COP31-də tətbiq etməyi planlaşdırdıqlarını bildirib.
Ərdoğan, Səudiyyə Ərəbistanı Enerji Naziri Əbdüləziz bin Salman Al-Suud ilə görüşərkən, Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar bir neçə müqavilə imzalayıb.
Gələn il COP32-yə ev sahibliyi edəcək Efiopiya Baş naziri Abiy Əhmədi təbrik edən Ərdoğan, Banqladeş Baş naziri Rahman, Türkmənistan Xalq Məsləhəti Başçısı Berdimuhammedov, Sudan Suverenlik Şurası Başçısı Burhan və Konqo Demokratik Respublikası Prezidenti Feliks Çisekedi ilə də ikitərəfli əlaqələri və regional məsələləri müzakirə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-ın diplomatik səyləri fonunda Rusiya və Ukrayna arasında gərginlik artır
Estoniya Ukraynaya milyonlarla avro ayırır: Pullar nəyə xərclənəcək?
Dehlidə hava çirkliliyi "şiddətli" səviyyədə qalır
ABŞ-da casusluq skandalı: Ticaret naziri vəzifədən alınacaq?
ABŞ-da Demokratlar üstünlük əldə etdi
Yeni Zelandiyada seçkilər: Həyat xərcləri kampaniyanın mərkəzindədir