Estoniya Ukraynaya milyonlarla avro ayırır: Pullar nəyə xərclənəcək?
Publika.az xəbər verir ki, Estoniya Ukraynaya əlavə olaraq 6,5 milyon avro yardım ayıracaq. Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna məlumat verib.
Tsaxknanın sözlərinə görə, Estoniya hökuməti ölkənin dəmir yolu şirkətləri ilə birlikdə Ukraynaya 4,5 milyon avro ayırmağı planlaşdırır. Bu məbləğ lokomotivlərin alınmasına sərf olunacaq.
Bundan başqa, Ukraynanın bərpası və yenidən qurulmasına dəstək məqsədilə “SPUR 2.0” proqramına daha 2 milyon avro yönəldiləcək.
ƏLAQƏLİ
FTB "Binance"dan oğurlanmış 1.2 milyard dollarlıq kriptovalyutanı ələ keçirdi
Qeyd edək ki, əvvəlcə Estoniya parlamentinin deputatı Varro Voqlaid Ukraynanın bərpasına həsr olunmuş konfransa 13,5 milyon avro xərclənməsi ilə bağlı xarici işlər nazirinə müraciət edərək, bu addımın Estoniya üçün faydalarını izah etməyi tələb etmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dehlidə hava çirkliliyi "şiddətli" səviyyədə qalır
ABŞ-da casusluq skandalı: Ticaret naziri vəzifədən alınacaq?
ABŞ-da Demokratlar üstünlük əldə etdi
Yeni Zelandiyada seçkilər: Həyat xərcləri kampaniyanın mərkəzindədir
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənlərə mükafat təklif edir
Zelenski: Trampın 'böyük razılaşması' təhlükəli ola bilər