29.10.2026 - 13:24
Dermatoloqdan isti duşla bağlı xəbərdarlıq
Səhiyyə 138 baxış

Dermatoloqdan isti duşla bağlı xəbərdarlıq

Uşaqlar, yaşlılar və quru dəri problemi olan şəxslər üçün çox isti su ilə çimmək məsləhət görülmür. İsti su dərinin qoruyucu yağ təbəqəsini zədələyərək onun müdafiə funksiyasını zəiflədə bilər.

Baku.ws-ın məlumatına görə, bu barədə dermatoloq Yuliya Qallyamova açıqlama verib. Həkimin sözlərinə görə, atopik dermatit, allergiya və dəri quruluğundan əziyyət çəkən şəxslər isti sudan çəkinməlidirlər. Mütəxəssis vurğulayıb ki, isti su dərinin su-lipid təbəqəsini yuyaraq mikrobiomun fəaliyyətinə mənfi təsir göstərə bilər. Bu isə dərinin müdafiə mexanizmlərini zəiflədə bilər.

Qallyamova bildirib ki, bu cür problemləri olan şəxslər üçün çox isti suda qalma müddəti 3–5 dəqiqədən artıq olmamalıdır.

Dermatoloq əlavə edib ki, gənc və sağlam insanlar, xüsusilə yağlı dəriyə malik olanlar üçün isti su ilə yuyunmaq daha az risklidir. Onun fikrincə, suyun optimal temperaturu 38–40 dərəcə olmalıdır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: