İcbari tibbi sığortanın xərcləri 2027-ci ildə əhəmiyyətli dərəcədə artırılır
Publika.az-ın məlumatına görə, icbari tibbi sığorta fondunun 2027-ci il üçün xərcləri cari illə müqayisədə 358,7 milyon manat artırılacaq. Bu artım fonun büdcəsinin 2 milyard 980 milyon manata çatmasını təmin edəcək.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin müvafiq komitələrinin birgə iclasında çıxışı zamanı bu məlumatı verib. O, “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı bu rəqəmləri açıqlayıb.
Nazirin sözlərinə görə, fondun gəlirləri 2027-ci ildə 2 milyard 257 milyon manat planlaşdırılır ki, bu da 2026-cı il ilə müqayisədə 281,2 milyon manat və ya 14,2 faiz artıqdır.
Fondun xərclərinin böyük bir hissəsi, yəni 2 milyard 565 milyon manatı tibb müəssisələrinə icbari tibbi sığorta ödənişləri və əməkhaqqı xərclərinə ayrılacaq. Həmçinin, dövlət proqramları və tədbirlərin maliyyələşdirilməsinə 185 milyon manat, tibbi xidmətlərin inkişafına 105 milyon manat ayrılması nəzərdə tutulub.
Bundan əlavə, aptek təşkilatlarına və əlilliyi olan şəxslərin dərman təminatı üçün 59 milyon manat sığorta ödənişləri ayrılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
51 yaşında ilk dəfə ana oldu: "Kral əkizlər" dünyaya gətirdi
Payızda ürəyi qoruyaraq idman etməyin yolu açıqlandı
Evdə biri qripə yoluxubsa, digərləri necə qorunsun?
Məşhur diyetoloqdan ideal səhər yeməyi resepti: Tək kəsmik yetərli deyil
Elektron siqaret çəkənlərin nəzərinə!
Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar
Dermatoloqdan isti duşla bağlı xəbərdarlıq