24.07.2026 - 23:43
Hərbi xəbər 24 baxış

WSJ: Bəhreyn və Küveyt İrana gizli zərbələr endirib

Bəhreyn və Küveytin iyulun əvvəlində İran ərazisində yerləşən hərbi obyektlərə gizli hava zərbələri endirdiyi iddia olunur.

Minval.info xəbər verir ki, bu barədə The Wall Street Journal məlumatlı mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, sözügedən əməliyyat hər iki ölkənin İrana qarşı həyata keçirdiyi ilk birbaşa hərbi zərbələr hesab olunur. Bildirilir ki, Bəhreyn və Küveyt Hərbi Hava Qüvvələri əsasən İranın pilotsuz uçuş aparatları və raket anbarlarını hədəfə alıblar.

Mənbələrin iddiasına əsasən, əməliyyat zamanı istifadə olunan kəşfiyyat məlumatları Birləşmiş Ərəb Əmirlikləri tərəfindən təqdim edilib.

The Wall Street Journal yazır ki, münaqişə başlayandan sonra İran ABŞ hərbi bazalarının yerləşdiyi Bəhreyn və Küveyt ərazilərindəki obyektlərə dəfələrlə zərbələr endirib.

Nəşr hesab edir ki, bu əməliyyatda Bəhreyn, Küveyt və BƏƏ arasında əməkdaşlıq İrana qarşı ərəb ölkələri arasında yeni hərbi koordinasiyanın formalaşdığını göstərə bilər. Həmçinin qeyd olunur ki, BƏƏ daha əvvəl də İrana qarşı hərbi əməliyyatlarda iştirak edib.

Qeyd edək ki, sözügedən məlumatlar The Wall Street Journalın mənbələrinə əsaslanır. Bəhreyn, Küveyt, BƏƏ və İran tərəfindən bununla bağlı rəsmi təsdiq verilməyib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: