12.10.2026 - 17:14
Cənubi Koreya ordusunda robot dövrü başlanır
Hərbi xəbər 233 baxış

Cənubi Koreya ordusunda robot dövrü başlanır

Cənubi Koreya Müdafiə Nazirliyi Seulda ordunun süni intellekt texnologiyalarını istifadə etmə qabiliyyətini artırmaq məqsədilə “süni intellekt dönüşüm bazası” adlı layihənin təqdimat mərasimini keçirib.

Minval.info xəbər verir ki, bu layihə çərçivəsində insansı və çox ayaqlı robotlar sahədə istifadə olunmaq üçün süni intellekt modelləri ilə təlimdən keçiriləcək.

Təhlükəli bölgələrə material çatdırılması, partlayıcı sursatların məhv edilməsi və minaların təmizlənməsi kimi fəaliyyətlərdə xüsusi təlim görmüş robotlardan istifadə ediləcək.

Bu yolla əməliyyat səmərəliliyinin artırılması və hərbi birliklərin təhlükəli sahə fəaliyyətlərində iştirak ehtiyacının azaldılması hədəflənir.

Bu çərçivədə ölkə üzrə 5 “süni intellekt dönüşüm bazası” qurulacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: