Vasif Talıbovun oğlu vəzifəsindən azad edilib?
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymur Talıbovun Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsindən azad edildiyi bildirilir.
Minval.info xəbər verir ki, bu barədə tns.az məlumat yayıb.
Qeyd edək ki, Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin beynəlxalq məsələlər üzrə prorektoru vəzifəsində çalışırdı.
Məlumatlara görə, Vasif Talıbovun oğlu özünü Naxçıvan Dövlət Universitetinin rektoru kimi aparıb, universitetdə bütün məsələlərə şəxsən nəzarət edib. Universitetdə əlavə təhsilə qəbul, qabiliyyət imtahanları zamanı alınan rüşvət birbaşa Seymur Talıbova çatdırılıb. Güman edilir ki, universitetdə aparılacaq yoxlamalar zamanı onu kənarda saxlamaq məqsədilə Vasif Talıbov belə bir qərar qəbul edib.
Seymur Talıbov 2011-ci ilin yanvar ayından Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasında müəllim, 2013-cü ildən isə baş müəllim işləyir. 2012-ci ildən Naxçıvan Dövlət Universitetində beynəlxalq hüquq üzrə qiyabi doktorant olub. 2017-ci ildən isə NDU-nun dosentidir.
Xatırladaq ki, Seymur Talıbov 2015-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Artıq küçəyə elektron icazə aldıqdan sonra çıxa biləcəksiz
Eldar Mahmudovun “U dönüşü” arzusu və bankirinin ayaqda qalmasının sirri
Manat ucuzlaşır? - Mərkəzi Bankdan AÇIQLAMA
Elmar Vəliyevi vuran Yunis haqda ən son və sensasion məlumatlar
Bakıda avtomobil qadını vurub “havaya uçurdu” - VİDEO
İnstitut: “Putin nüvə zərbəsinə yox, konvensional müharibəyə hazırlaşır”
Fədayə Laçının cinayət işi YEKUNLAŞDI - SON QƏRAR