14.08.2026 - 23:52
Hərbi xəbər
255 baxış
Varşavanın tikinti sahəsi: Döyüş sursatları və 4 000 nəfərin təxliyəsi ilə bağlı dram
Polşanın paytaxtı Varşavada aparılan tikinti işləri zamanı İkinci Dünya müharibəsindən qalan dörd döyüş sursatı aşkar edilib. Bu hadisə nəticəsində təxminən 4 000 nəfər təhlükəsizlik məqsədilə ərazidən çıxarılıb.
Minval.info xəbər verir ki, “Polsat” telekanalı bu barədə məlumat yayıb. Hadisə yerində polis tərəfindən 300-400 metr radiusda təhlükəsizlik zonası yaradılıb və yaxınlıqdakı sakinlər, eləcə də səkkiz ofis binasında çalışan işçilər təxliyə olunub.
Aşkar edilən sursatların dəqiq növü açıqlanmasa da, onların 1944-cü ilin avqustunda baş verən Varşava üsyanından qaldığı ehtimal edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ İrana hərbi cavab zərbəsi endirib
07.11.2026 - 10:34
Rusiyanın İrana silah tədarükü iddiaları gündəmdədir
06.11.2026 - 14:54
Britaniya Ukrayna ordusunun bərpası üçün Polşaya hərbçi göndərir
03.11.2026 - 11:34
ABŞ qırıcıları 32 il sonra Rusiya təhdidinə görə Aleut adasına qayıtdı
02.11.2026 - 12:04
Bəzi hərbçilər cərimə və ya həbs edilə bilər
31.10.2026 - 14:54
Zabitlərin hərbi rütbəsi ilə bağlı yenilik
30.10.2026 - 11:44