Rusiyanın İrana silah tədarükü iddiaları gündəmdədir
Financial Times-ın əldə etdiyi məlumatlara görə, İran Rusiyadan 90 ədəd APU-L raket buraxılış sistemi sifariş edib. Sənədlərdə İran “K-10” kod adı ilə qeyd edilib və Moskvanın Tehrana raket texnologiyası və hərbi avadanlıq dəstəyi davam etdirildiyi iddia edilir. Həmçinin Rusiyanın İrana süpersonik raket texnologiyası inkişafında gizli şəkildə yardım etdiyi də bildirilir.
Minval.info xəbər verir ki, Rusiyanın 2024-2025-ci illəri əhatə edən istehsal proqramında İran üçün nəzərdə tutulan 90 ədəd APU-L raket buraxılış sistemi sifarişi aşkar edilib. Vympel adlı rus şirkəti, KB Maşinostroyeniya təşkilatına APU-L və APU-305 tipli sistemlərin istehsalının sürətləndirilməsi üçün müraciət edib. Çinin 192 ədəd APU-305 sistem sifariş etdiyi, “K-10” kod adlı müştərinin isə 90 ədəd APU-L sistemi istədiyi bildirilib.
Financial Times-ın məlumatına görə, bu sistemlər Rusiyanın LMUR və ya Izdeliye 305 adlanan yüngül çoxməqsədli idarə olunan raketlərini daşımaq üçün nəzərdə tutulub. Həmin raketlər 2022-ci ildən etibarən Rusiya ordusunun inventarına daxil edilib və Ukraynada geniş istifadə olunub.
ƏLAQƏLİ
Bakıda Azərbaycan və İtaliya hərbi ekspertlərinin iştirakı ilə təlim keçirilib
Financial Times daha əvvəl də Rusiyanın İrana süpersonik raket texnologiyası inkişafı üçün gizli dəstək verdiyini iddia edən bir araşdırma yayımlamışdı. Proqramın 2023-cü ildə başladığı və ABŞ, İsrail və İran arasında bu il baş verən münaqişələr zamanı davam etdiyi bildirilir.
Həmçinin, Rusiyanın İrana Verba hava müdafiə sistemləri təmin edəcəyi də iddia edilir. Hər iki ölkə arasında hərbi əməkdaşlıq inkişaf edir, İran daha əvvəl Rusiyaya “Şahed” tipli pilotsuz uçuş aparatları təmin etmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Britaniya Ukrayna ordusunun bərpası üçün Polşaya hərbçi göndərir
ABŞ qırıcıları 32 il sonra Rusiya təhdidinə görə Aleut adasına qayıtdı
Bəzi hərbçilər cərimə və ya həbs edilə bilər
Zabitlərin hərbi rütbəsi ilə bağlı yenilik
İranla müharibə ABŞ-a milyardlarla başa gəlib