31.10.2026 - 14:54
Bəzi hərbçilər cərimə və ya həbs edilə bilər
Hərbi xəbər 231 baxış

Bəzi hərbçilər cərimə və ya həbs edilə bilər

Baku.ws-ın məlumatına görə, Azərbaycanda bəzi hərbi qulluqçuların cərimə və ya həbs edilmə ehtimalı artır. Bu məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının məsuliyyəti artırılır. Xüsusilə, hərbi hissədən və ya xidmət yerindən özbaşına getmək, üzrlü səbəblər olmadan vaxtında qayıtmamaq halları üçün cərimələr nəzərdə tutulur.

Belə ki, bir gündən artıq, lakin on gündən çox olmayaraq hərbi hissəyə gəlməmək 200 manatdan 300 manatadək cərimə ilə nəticələnəcək. Eyni zamanda, işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 15 günədək inzibati həbs tətbiq olunacaq.

Layihədə təkrar pozuntular üçün daha yüksək cərimələr və inzibati həbs müddətləri nəzərdə tutulub. Belə ki, bir il ərzində təkrar törədilən pozuntular üçün 300 manatdan 500 manatadək cərimə və on gündən bir ayadək inzibati həbs tətbiq ediləcək.

Bu dəyişikliklər, məsuliyyətin artırılması ilə yanaşı, sanksiyaların yumşaldılması və cərimə kimi alternativ cəza növlərinin müəyyənləşdirilməsi ilə də diqqət çəkir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: