Bəzi anları niyə heç vaxt unutmuruq? Alimlər səbəbini tapdı
Alimlər beynin emosiyaların emalında mühüm rol oynayan amigdala bölgəsinin hansı təcrübələrin uzunmüddətli yaddaşa çevriləcəyini müəyyənləşdirməyə kömək etdiyini üzə çıxarıblar. Bu tədqiqat ABŞ-ın Sedars-Sinay Sağlamlıq Elmləri Universitetinin alimləri tərəfindən aparılıb və “Nature Neuroscience” jurnalında dərc olunub. Baku.ws-ın məlumatına görə, araşdırmanın nəticələri yaddaşın formalaşmasında yeni anlayışlar təqdim edir.
Tədqiqat zamanı amigdala bölgəsindəki müəyyən neyronların üzlərə, heyvanlara və mənzərələrə fərqli reaksiya verdiyi müəyyən edilib. Bu neyronların konkret görüntüyə reaksiyası nə qədər güclü olurdusa, iştirakçıların həmin görüntünü sonradan xatırlamaq ehtimalı da bir o qədər artırdı.
Araşdırma çərçivəsində epilepsiya tutmalarını izləmək məqsədilə beyninə elektrod yerləşdirilmiş 112 pasiyentin məlumatlarından istifadə olunub. İştirakçılara əvvəllər görmədikləri şəkillər göstərilib və onların beyin hüceyrələrinin fəaliyyəti qeydə alınıb. Daha sonra həmin şəxslərdən gördükləri şəkilləri xatırlamaları istənilib.
Nəticələr göstərib ki, amigdalanın müəyyən neyronları hansı görüntülərin yaddaşda qalacağını əvvəlcədən proqnozlaşdıra bilir. Alimlər bu nəticələri iki ayrı məlumat bazasında da təsdiqləyiblər. Tədqiqatçılar hesab edirlər ki, bu kəşf Alzheimer xəstəliyi və temporal pay epilepsiyası kimi yaddaş pozuntularının öyrənilməsində yeni imkanlar aça bilər.
Bununla belə, alimlər hələlik neyron fəaliyyətini dəyişdirməklə yaddaşı yaxşılaşdırmağın mümkün olub-olmadığını müəyyən etməyiblər. Gələcək tədqiqatlarda eyni mexanizmin səslərin və qoxuların yaddaşda saxlanılmasına təsiri də öyrəniləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gələcəkdə yay yarım il davam edə bilər – şok proqnoz
SSRİ-də xərçəng xəstələrindən həqiqəti niyə gizlədirdilər?
“Kupça”sız evə bu yolla sənəd almaq olar
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər