02.11.2026 - 12:04
ABŞ qırıcıları 32 il sonra Rusiya təhdidinə görə Aleut adasına qayıtdı
Hərbi xəbər 144 baxış

ABŞ qırıcıları 32 il sonra Rusiya təhdidinə görə Aleut adasına qayıtdı

ABŞ Hərbi Hava Qüvvələri, uzun illərdən sonra ilk dəfə olaraq, Alyaskanın Şemya Aleut adasında yerləşən və 1994-cü ildə bağlanmış aerodromu yenidən fəaliyyətə keçirib.

Oxu.az-ın xəbərinə görə, bu barədə ABŞ-nin “The War Zone” nəşri məlumat yayıb. Məlumata əsasən, oktyabr ayında “F-16” qırıcıları Rusiya Komandor adalarına yaxın, 440 kilometr məsafədə yerləşən Erikson aviabazasında döyüş növbəsinə qayıdıb.

Bu addım, ABŞ Hərbi Hava Qüvvələrinin uzun müddət sonra Aleut adalarındakı Erikson aviabazasında hava hücumundan müdafiə üzrə döyüş hazırlığına başlaması ilə həyata keçirilib. Bu, ABŞ və Kanada qırıcı təyyarələrinin iştirakı ilə baş tutan çoxmillətli hava hücumundan müdafiə əməliyyatının final mərhələsi olub.

Qırıcıların bu əraziyə qayıdışı, bölgədəki geopolitik gərginliklərin artması fonunda ABŞ-ın müdafiə tədbirlərinin gücləndirilməsinə yönəlmiş mühüm bir addım kimi qiymətləndirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: