Britaniya Ukrayna ordusunun bərpası üçün Polşaya hərbçi göndərir
Böyük Britaniya, Ukrayna ordusunun yenidən qurulmasına dəstək məqsədilə Polşaya 300-ə yaxın hərbçi göndərməyi planlaşdırır. Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Böyük Britaniya ordusunun 7-ci briqadasına məxsus hərbçilər, noyabrın 9-dan 22-dək keçiriləcək təlimlərdə iştirak edəcək. Bu təlimlərdə ümumilikdə 11 Avropa ölkəsindən 2800 hərbçinin iştirakı nəzərdə tutulur.
Təlimlərin əsas məqsədi döyüş əməliyyatları başa çatdıqdan sonra Ukrayna Silahlı Qüvvələrinin bərpasına yardım edəcək qüvvələrin bölgəyə yerləşdirilməsi, müdafiəsi və təchizatının təşkilini məşq etməkdir.
ƏLAQƏLİ
ABŞ qırıcıları 32 il sonra Rusiya təhdidinə görə Aleut adasına qayıtdı
Qeyd etmək lazımdır ki, Böyük Britaniya və Fransanın rəhbərlik etdiyi bu çoxmillətli qüvvələr, “Könüllülər koalisiyası”nın hərbi strukturunun bir hissəsidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ qırıcıları 32 il sonra Rusiya təhdidinə görə Aleut adasına qayıtdı
Bəzi hərbçilər cərimə və ya həbs edilə bilər
Zabitlərin hərbi rütbəsi ilə bağlı yenilik
İranla müharibə ABŞ-a milyardlarla başa gəlib
Ərəb Koalisiyası: Səudiyyə Ərəbistanına atılan raketlər məhv edildi
Bölgədə ikinci savaş dalğası: Tunellər qazılır, qüvvələr artır