Bakıda Azərbaycan və İtaliya hərbi ekspertlərinin iştirakı ilə təlim keçirilib
Baku.ws-ın məlumatına görə, Azərbaycan və İtaliya Müdafiə nazirlikləri arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda iki ölkənin hərbi-mülki əməkdaşlıq sahəsindəki (CIMIC) ekspertlərinin iştirakı ilə mühüm təlim həyata keçirilib. Təlimdə Müdafiə Nazirliyinin baş idarə və qoşun növlərinin hərbi qulluqçuları da yer alıb.
Müdafiə Nazirliyindən bildirilib ki, təlim çərçivəsində iştirakçılara hərbi əməliyyatların planlaşdırılması və icrası zamanı hərbi-mülki əməkdaşlığın rolu ətraflı izah edilib. Mülki əhali və müvafiq qurumlarla qarşılıqlı fəaliyyətin təşkili, eləcə də mülki infrastrukturla bağlı məsələlər də diqqət mərkəzində olub.
Təlimdə italiyalı hərbi ekspertlər hərbi-mülki əməkdaşlığın əsas prinsipləri və beynəlxalq təcrübə haqqında geniş təqdimat keçiriblər. Bununla yanaşı, təlim qrupları tərəfindən praktiki tapşırıqlar icra edilib.
Əlavə olaraq, Azərbaycan və İtaliya tərəfləri arasında bu sahədə qabaqcıl təcrübələrin öyrənilməsi və qarşılıqlı mübadiləsi, eləcə də əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyanın İrana silah tədarükü iddiaları gündəmdədir
Britaniya Ukrayna ordusunun bərpası üçün Polşaya hərbçi göndərir
ABŞ qırıcıları 32 il sonra Rusiya təhdidinə görə Aleut adasına qayıtdı
Bəzi hərbçilər cərimə və ya həbs edilə bilər
Zabitlərin hərbi rütbəsi ilə bağlı yenilik
İranla müharibə ABŞ-a milyardlarla başa gəlib