Türkiyə, Ukrayna, Belarus və Azərbaycanın opera ulduzları Bakıda birgə çıxış edəcəklər
Oktyabrın 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Toska” operasının tamaşası keçiriləcək.
Teatrdan verilən məlumata görə, tamaşada Toska partiyasını ifa etmək üçün Türkiyənin populyar vokalçısı, tanınmış opera müğənnisi Mine Kurtoğlu dəvət olunub. Mine Samsun Dövlət Opera və Balet Teatrının aparıcı solisti, bir sıra beynəlxalq vokal müsabiqələrinin qalibidir. O həmçinin 2018-ci ildə Bakıda keçirilən Vokalçıların Bülbül adına VII beynəlxalq müsabiqəsində parlaq çıxışı ilə yadda qalıb. İstedadlı vokalçı həmin müsabiqənin “Qran-Pri” mükafatına layiq görülüb. Tamaşada Ukrayna Milli operasının aparıcı solisti Andrey Romanenko əsas partiyalardan birini – Kavaradossi partiyasını ifa etmək üçün dəvət olunub. Bakılı operasevərlərin dəfələrlə parlaq ifasına şahid olduqları digər bir ulduz vokalçı – Belarus Milli Böyük Opera və Balet Teatrının aparıcı solisti, Belarusun Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Vladimir Qromov isə tamaşada Skarpia rolunda çıxış edəcək.
Tamaşada Azərbaycanın istedadlı opera müğənniləri – xalq artistləri Əli Əsgərov və Əkrəm Poladov, əməkdar artistlər Cahangir Qurbanov və Əliəhməd İbrahimov da iştirak edəcəklər.
Tamaşanın dirijoru Azərbaycanın Xalq artisti, professor Cavanşir Cəfərovdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunacaq
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi
Miri Yusifin konsertinə böyük maraq
Gülüstan Əliyeva səhnəni fəth etdi
“Azadlıq damağında siqaret, soyunmaq deyil” – Məşhur idmançıdan sərt sözlər
Meyxanada yeni döyüş meydanı: Elcanın layihəsi başladı
Roza Cəlilova 97 yaşında vəfat etdi