Türk məşhurlar AXC-ni unutmadı - FOTOLAR

Türkiyəli məşhur müğənni Hadisə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə xalqımızı təbrik edib.
Minval.İnfo Kult.az-a istinadən xəbər verir ki, müğənni şəxsi Tvitter səhifəsində Azərbaycan və Türkiyə bayraqlarının fotosunu paylaşaraq ürək sözlərini yazıb:
“Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan! Dost və qardaş ölkə Azərbaycanın quruluşunun 100-cü il dönümü mübarək olsun”.
Müğənni Gülbən Ərgən də şəxsi İnstaqram səhifəsində yazaraq Azərbaycan xalqına təbrik ünvanlayıb:
“Mustafa Kamal Atatürkün dediyi kimi Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Bu gün qürur günüdür. Azərbaycan Cümhuriyyətinin 100 illiyi qutlu olsun”.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
Türkiyəli aktyor Oqtay Qaynarca da İnstaqram səhifəsində video paylaşaraq ölkəmizi təbrik edib.
Ölkəmizi təbrik edənlər sırasına “Papito” mahnısı ilə tanınan rumın müğənni Seeya da qoşulub:
“Respublika Gününüz Mübarək, Azərbaycan-100, sizi sevirəm”.
ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
“Qarabağ”ın keçmiş qapıçısı İbrahim Şehiç də İnstaqramda foto paylaşaraq “100 ilin mübarək, mənim sevimli ölkəm”- sözlərini yazıb.


ƏLAQƏLİ
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı