10.06.2018 - 13:02
Hadisə 4 baxış

Tovuza yağan güclü yağış evləri su altında qoyub - VİDEO, FOTOLAR

Tovuz rayonuna yağan güclü leysan yağışlar bir sıra fəsadlar törədib.

Təbii fəlakət nəticəsində bir çox evlərin həyətini və zirzəmisini su basıb.

Sel sularının yeraltı keçidlərə dolması nəticəsində avtomobillərin hərəkəti məhdudlaşıb. Yağış taxıl sahələrinə və təsərrüfata da ciddi ziyan vurub. Hazırda Tovuz şəhərində elektrik enerjisi verilişi dayandırılıb.

Tovuz Rayon İcra Hakimiyyətindən “Report”a verilən məlumata görə, yağan güclü leysan yağışları nəticəsində Mirzə Ələkbər Sabir və Həzi Aslanov küçələrində yerləşən 6 evin həyətinə və zirzəmisinə yağış suları dolub və hazırda həmin vətəndaşların evində suçəkmə işləri sona çatmaq üzrədir.

“Şəhərin dəmiryolu vağzalının yaxınlığında yerləşən yeraltı piyada keçidinə və şəhərin mərkəzindəki yeraltı avtomobil keçidinə sel suları dolub. Hazırda hər iki keçiddə sular nasoslar vasitəsilə çəkilir. Yeraltı yol ötürücüsündə qalan vətəndaşa məxsus avtomobil isə artıq oradan çıxarılıb. Avtomobillər alternativ yollardan istifadə edir və ciddi tıxaclar yaranmayıb. Yağıntı səbəbindən rayon mərkəzinə yaxın yerləşən 2 kəndin taxıl sahələrində bitkinin yatması baş verib, lakin ciddi ziyan dəyməyib. Rayonun digər kəndlərində isə fəsadlar baş verməyib. Şəhər mərkəzində bir istiqamətdə dayandırılmış elektrik enerjisinin verilməsi istiqamətində də işlər aparılır”, – deyə icra rəsmisi əlavə edib.

https://youtu.be/yOBHYROdC50

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: