08.09.2026 - 08:38
Hadisə 18 baxış

Nikosayağı qol transplantasiyasına niyə "yox" dedi?

Bloqer Nicat Şakirli, daha çox “Nikosayağı” kimi tanınan, qol transplantasiyası etdirməməsinin səbəblərini açıqlayıb. O, bu barədə sosial şəbəkədə paylaşım edərək, bəzi bədən üzvlərini itirmiş qazi qardaşlarına müraciət edib.

Minval.info xəbər verir ki, Nicat Şakirli, xaricdə iki qolunu itirmiş bir gəncin əməliyyat zamanı iki qol transplantasiyası edildiyini öyrəndikdən sonra Türkiyəyə gedərək araşdırma aparıb. O bildirib ki, dünyanın heç bir yerində bir qolun transplantasiyası həyata keçirilmir, yalnız iki qolun köçürülməsi mümkündür. Türkiyədə bu cür əməliyyatlar yalnız öz vətəndaşlarına tətbiq olunur və dövlət tərəfindən ödənişsiz həyata keçirilir.

Transplantasiya sonrası insan ömürboyu hormonal dərmanlardan istifadə etməlidir. Bu dərmanlar immun sistemini zəiflədir, çünki transplantasiya olunmuş orqanı orqanizm yad toxuma kimi qəbul edə bilər. Bu səbəbdən immun sisteminin reaksiyasının qarşısını almaq üçün dərmanlar tətbiq olunur. Bu dərmanlardan istifadə edənlərin immun sistemi zəiflədiyindən infeksiyalara qarşı daha həssas olurlar. Barmaq kəsilsə, əlin biləkdən amputasiyasına gətirib çıxara bilər. Sağlam insan qrip olanda evdə müalicə oluna bilirsə, bu dərmanı qəbul edənlər xəstəxanada uzunmüddətli müalicə olunmalıdır.

Nicat Şakirli, bədənə hər hansı bir üzvün transplantasiya edilməsinin məsləhətli olmadığını vurğulayıb və Allahdan qazilərə və bütün xəstələrə şəfa diləyib.

Xatırladaq ki, 2023-cü ilin avqustunda N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına çırpılıb. Qəza nəticəsində blogerin dostu Ruslan Məmmədov vəfat edib, N.Şakirli isə ağır xəsarət alaraq sağ qolunu dirsəkdən itirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: