Tanınmış müğənni "Bandotdel"-ə çağırıldı
Azərbaycanın populyar müğənnisi Günay İbrahimli həbs oluna bilər.
Kriminal.az-ın məlumatına görə, artıq müğənni və anası bir neçə dəfə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılıb.
Xanım sponsoru Günay İbrahimlini külli miqdarda pulunu mənimsəməkdə ittiham edir. İş adamı Nuriyyə Əhmədova ”Bandotdel”ə yazdığı şikayət ərizəsində göstərib ki, G.İbrahimlinin klip çəkilməsi, yeni mahnıları, telekanallarda reklamı üçün 300 min manata qədər pul xərcləyib. Lakin müğənni həmin məbləği geri qaytarmayıb.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
Şikayət əsasında G.İbrahimli və anası idarəyə çağırılaraq izahatı alınıb. Günay izahatında N.Əhmədovaya 17 min, anası isə 20 min manat borclu olmaları ilə bağlı ziddiyətli ifadələr veriblər. Hazırda BMCMİ-də araşdırma aparılır, şahidlər dindirilir.
Onu da bildirək ki, N.Əhmədova məşhur iş adamıdır. Azərbaycandakı tekstil biznesininin böyük hissəsində payı var.
Müğənninin köməkçisi məsələ ilə bağlı açıqlama verib. G.İbrahimlinin köməkçisi bildirib ki, ifaçının “Bandotel”ə çağırılması xəbərləri əsassızdır: “Günay İbrahimli hazırda Türkiyədədir, boş-boş söhbətlərdir. Bu mövzu ilə bağlı heç bir açıqlama verilməyəcək”.
ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı