Heyvan sahiblərinə örüşlər üçün subsidiya müjdəsi
Azərbaycanda xırdabuynuzlu heyvan sahiblərinə örüş və otlaqların məhsuldarlığını artırmaq məqsədilə subsidiya ayrılacaq. Bu qərar Aqrar Subsidiya Şurası tərəfindən qəbul edilib və əsas məqsəd yem bazasının yaxşılaşdırılmasıdır.
Minval.info xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, istifadəsində ən azı 100 hektar örüş və ya otlaq sahəsi olan və 500-dən çox xırdabuynuzlu heyvan saxlayan təsərrüfat sahiblərinə hər heyvana görə 4 manat subsidiya veriləcək. Bu subsidiyanın əsas şərti örüş və otlaqlarda münbitliyin və biomüxtəlifliyin artırılmasıdır.
Subsidiyaya müraciət edən təsərrüfatların örüş və otlaqlarındakı vəziyyət Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə monitorinq ediləcək. Bu sistem peyk görüntüləri və süni intellekt həllərindən istifadə edərək torpağın vəziyyətini qiymətləndirəcək.
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bildirib ki, subsidiya müəyyən mənada faydalı ola bilər, lakin onun təsirli olması üçün tətbiq şərtləri və mexanizmləri həlledici rol oynayacaq. O, qeyd edir ki, əsas məqsəd yalnız heyvan sayını artırmaq deyil, həm də örüş və otlaqların məhsuldarlığını yüksəltməkdir.
Ekspertlər hesab edir ki, bu addım örüşlərin yaxşılaşdırılmasına verilən stimullaşdırıcı ödəniş kimi qiymətləndirilməlidir. Subsidiyanın torpağın vəziyyətinin yaxşılaşdırılması şərtinə bağlı olması müsbət bir addım kimi dəyərləndirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qobustanda 38 günə yeni körpü istifadəyə verildi
Azərbaycanın texnoloji inkişafı üçün yeni təşəbbüs: MoveUP
Azərbaycan və İordaniya arasında vizasız səyahət!
Keçmiş deputatın oğlu vəzifəsindən azad edildi
Şamaxı və Şahdağda dolu yağışı müşahidə edildi
Bakı, Göyçay və Yevlaxda elektrik kəsintisi olacaq
AMB-nin valyuta ehtiyatları rekord səviyyəyə çatdı