Fidan Abbasova narkoloji qeydiyyata niyə alınmır?
Fidan Loğman qızı Abbasovanın narkotik vasitələrdən istifadəsi ilə bağlı məsələ yenidən gündəmə gəlib. Onun bioloji nümunəsinin müayinəsi zamanı THC (+) maddəsinin aşkarlanması Respublika Narkoloji Mərkəzinin rəyində təsdiqlənib. Mərkəzin rəyinə əsasən, Abbasovanın narkomaniya xəstəliyindən əziyyət çəkmədiyi və məcburi müalicəyə ehtiyacının olmadığı, lakin profilaktik qeydiyyata alınmasının məqsədəuyğun olduğu bildirilib.
Minval.info xəbər verir ki, məhkəmə araşdırması nəticəsində Fidan Abbasovanın İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə uyğun olaraq inzibati xətanı törətməsi sübuta yetirilib və birinci instansiyanın qərarı apellyasiya instansiyası tərəfindən də təsdiqlənib. Lakin onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınıb-alınmadığı barədə məlumat yoxdur.
Bu vəziyyət bir sıra suallar doğurur: Fidan Abbasova profilaktik qeydiyyata alınıbmı? Əgər alınmayıbsa, bunun səbəbi nədir? Bu prosedurun həyata keçirilməsinə hansı qurum cavabdehdir və indiyədək hansı tədbirlər görülüb?
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir