Banklar maaşdan pul tuta bilərmi? Ekspert açıqladı
Azərbaycanda kredit borcu olan vətəndaşların əməkhaqqından bank tərəfindən məhkəmə qərarı olmadan vəsait tutulması məsələsi zaman-zaman müzakirə olunur. Bu isə borclu vətəndaşlarda bankların maaş hesabından hansı hallarda birbaşa pul tuta bilməsi ilə bağlı suallar yaradır.
Minval.info xəbər verir ki, iqtisadçı-ekspert Əkrəm Həsənovun fikrincə, vətəndaş əməkhaqqını kredit götürdüyü bankdakı hesab vasitəsilə alırsa və kredit müqaviləsində vəsaitin akseptsiz tutulmasına əvvəlcədən razılıq veribsə, müəyyən hallarda bank məhkəmə qərarı olmadan pul tuta bilər.
Ekspertin sözlərinə görə, burada əsas məqam vətəndaşın müqavilə ilə belə bir razılıq verməsidir. Əgər vətəndaşın əməkhaqqı kartı həmin bankdadırsa və o, əvvəlcədən bankla müqavilə bağlayaraq krediti ödəmədiyi halda maaşından vəsait tutulmasına razılıq veribsə, bank bunu edə bilər.
ƏLAQƏLİ
Azad edilmiş ərazilərdə torpaq paylanması: hər ailəyə neçə hektar veriləcək?
Tutulmanın qarşısını almaq üçün vətəndaş iş yerinə müraciət edərək əməkhaqqının həmin banka deyil, başqa bankdakı hesabına köçürülməsini tələb etmək hüququna malikdir. Bu halda əvvəlki bankın maaş hesabından birbaşa vəsait tutmaq imkanı olmayacaq və bank borcun qaytarılması üçün məhkəməyə müraciət etməli olacaq.
Beləliklə, bankın kredit borcuna görə məhkəmə qərarı olmadan əməkhaqqından vəsait tutması hər bir halda mümkün deyil. Bunun üçün müvafiq hüquqi əsasların və vətəndaşın əvvəlcədən verdiyi razılığın olması tələb olunur. Eyni zamanda, əməkhaqqının tam məbləğinin və ya qanunvericiliklə müəyyən edilən həddən artıq hissəsinin özbaşına tutulması yolverilməzdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azad edilmiş ərazilərdə torpaq paylanması: hər ailəyə neçə hektar veriləcək?
ADSEA daşqın və sel sularından mühafizə işlərini davam etdirir
Dövlət xidməti yeni internet tariflərini təsdiqlədi
Sabah rayonlara dolu düşəcək, intensiv yağış yağacaq
Bakıda metro və avtobuslarda yeni tarif tətbiqi gözlənilir
Bakı metrosu ötən ay 16 milyondan çox sərnişin daşıyıb
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib