Ahbap dərnəyində 4,3 milyardlıq sirr açıldı!
Türkiyədə ‘Ahbap’ dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində Kocaelinin Derince rayonundakı anbarda çox sayda istifadə olunmamış əşyalar aşkar edilib. Bu əşyalar arasında 895 ədəd humanitar yardım çadırı, 600-ə yaxın portativ çarpayı və çoxlu sayda yataq tulumu yer alır.
Minval.info xəbər verir ki, İstanbul Baş Prokurorluğunun istintaqı çərçivəsində anbarda elektrikli velosipedlər, portativ radio-rabitə cihazları, əlil arabaları, qızdırıcılar, soyuducular, sobalar, su çənləri və müxtəlif ev-ofis əşyalarının da olduğu müəyyən edilib. Qəyyum heyəti, bu materialların daha çox dəyər itirmədən ehtiyacı olan insanlara, xüsusilə Hataydakı zəlzələ qurbanlarına çatdırılmasını təklif edib.
Baş Prokurorluğun məlumatına görə, dərnəkdə 2023-cü il ərzində zəlzələ qurbanları üçün təxminən 4,3 milyard lirə ianə toplanıb. Həmin vəsaitin 2 milyard lirədən çox hissəsinin mənzil layihələrinə, 1 milyard lirədən çoxunun isə mal və xidmət alışlarına xərcləndiyi bildirilir. Son əməliyyat çərçivəsində 53 şübhəli barəsində tədbir görülüb, 47 nəfər saxlanılıb. İstintaq davam edir.
Avropa liderləri qeyri-rəsmi toplantıda süni intellekt və Ukraynanı müzakirə edir
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dünya liderləri Türkiyədə: COP31 diplomatiya trafiği ilə davam edir
ABŞ-ın diplomatik səyləri fonunda Rusiya və Ukrayna arasında gərginlik artır
Estoniya Ukraynaya milyonlarla avro ayırır: Pullar nəyə xərclənəcək?
Dehlidə hava çirkliliyi "şiddətli" səviyyədə qalır
ABŞ-da casusluq skandalı: Ticaret naziri vəzifədən alınacaq?