Hümmət Əliyev maliyyə cinayətində ittiham olunur
Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) keçmiş prorektoru Hümmət Əliyev haqqında yeni iddialar ortaya çıxıb. İddialara görə, GİTİS-in rektoru Sergey İsayevin qətlindən sonra institutun Moskvanın Vorontsov parkı yaxınlığında yerləşən Tədris Teatrı və digər tikililər Hümmət Əliyevə verilib.
Minval.info xəbər verir ki, bu işdə Moskva hökuməti sədrinin müavini Vladimir Slepakın Hümmət Əliyevə dəstək göstərdiyi iddia edilir. Hümmət Əliyevlə birlikdə onun oğlu Emil Əliyev, Eldar Mirvət oğlu Əliyev, Maksim Sərdarov və Viktor Lutsenko adlı şəxslərin də maliyyə cinayətində şübhəli bilindikləri bildirilir.
Hümmət Əliyev Azərbaycanda doğulub və əmək fəaliyyətinin ilk illəri Bakı ilə bağlı olub. 1972-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib, daha sonra Azərbaycan Dövlət Opera və Balet Teatrında çıxış edib. Bakıda Xoreoqrafiya Məktəbində müəllim işləyib və 1990-cı ildə Moskvaya köçüb. O, GİTİS-in baletmeyster fakültəsində təhsil alıb və 1994-cü ildə prorektor vəzifəsinə təyin olunub. Hümmət Əliyev həm inzibati-təsərrüfat işləri, həm də klassik rəqs və hüququn əsaslarından dərs deyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı
İki gəncin ölümünə səbəb olan sürücü niyə sərbəst buraxıldı?
Siyəzəndə borc mübahisəsi qətllə nəticələndi
Salyanda ailə faciəsi: ana həyatını itirdi, ata və gəlin yaralandı
Səday Alıyevə qarşı cinayət işi: Üç milyon manatlıq mənimsəmə ittihamı