Tələbələrin yataqxana problemi həll olunur
Gənclər Fondu aztəminatlı tələbələrin yataqxana xərclərini ödəyə bilər.
Bunu Trend-ə müsahibəsində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov deyib. F.Cəfərov qeyd edib ki, 7 mart 2018-ci il tarixində Prezident İlham Əliyevin fərmanı ilə Gənclər Fondunun nizamnaməsi, təşkilati-hüquqi forması, təyinatı dəyişdirildi: “Artıq Fond gənclər siyasətinin formalaşmasında iştirak edən orqana çevrilib və bu sahədə hüquqi bazanın hazırlanmasında yaxından iştirak edən bir qurumdur”.
O bildirib ki, Gənclər Fondunun qarşısında dayanan yeni vəzifələr sırasına gənclərin xaricdə təhsili, gənclərin xarici ölkələrdə beynəlxalq təşkilatlarda təcrübə keçməsinin maliyyələşdirilməsi, eyni zamanda, onların məşğulluğunun stimullaşdırılması proqramlarının həyata keçirilməsi, aztəminatlı ailələrdən olan tələbələrin yataqxana xərclərinin maliyyələşdirilməsi və innovativ layihələrin, “startap”ların güzəştli kredit şəklində maliyyələşdirilməsi və dəstəklənməsi daxildir:
“Gənclər Fondunun 2011-ci ildə qəbul edilən nizamnaməsi ilə 2018-ci ilin mart ayında qəbul edilmiş nizamnaməsi çox fərqlidir və hər nizamnamə ilə Fondun qarşısına fərqli vəzifələr qoyulub. Qeyd etdiyim kimi, yeni nizamnamə ilə bu vəzifələrin sırası daha da genişləndirilib. Hesab edirəm ki, Fond 2011-ci ildə qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlib və bunun da məntiqi nəticəsi odur ki, 2018-ci ildə bu vəzifələrin sırası, fəaliyyət sahəsi daha da genişlənib”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Birinci sinfə qəbulda kəskin azalma müşahidə olunur
Şamaxı və Astarada kolleclərə yeni müavinlər təyin edildi
Biləcəri sakinləri bərbad yollarla mübarizədədir
Məktəb yollarında sıxlıq: Valideynlərə vacib xəbərdarlıq
Şəkidə kollecin direktoru təqaüdə göndərildi
Göz ətrafındakı ləkələr infarkt xəbərçisi ola bilər
Biləcəri yollarında tıxac: Sakinlər etiraz edir