Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir
Dövlət tibb müəssisələrində pasiyentlərin gözləmə müddətinin azaldılması məqsədilə onlayn növbə sisteminin tətbiqi genişləndiriləcək. Hazırda bir sıra TƏBİB tabeli tibb müəssisələrində elektron növbə sistemi mövcuddur. Minval.info xəbər verir ki, pasiyent axınının daha səmərəli idarə olunması və həkim qəbulunun daha rahat təşkili üçün onlayn növbə sistemi tətbiq edilir.
2026-cı ilin sonunadək pasiyent sıxlığının yüksək olduğu tibb müəssisələrində onlayn növbə sisteminin qurulması nəzərdə tutulur. Hazırda bu istiqamətdə təhlillər və hazırlıq işləri aparılır, təşkilati məsələlər həll edilir. TƏBİB-in tabeliyində olan 7 tibb müəssisəsində onlayn növbə sistemi aktivdir. Bunlar Yeni Klinika, Abşeron Rayon Mərkəzi Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Nizami Tibb Mərkəzi, Xətai Tibb Mərkəzi, Respublika Endokrinoloji Mərkəz və Mərkəzi Neftçilər Xəstəxanasıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arsen Venger: hamı bakıdakı turnirə vurulub
Liverpool və Arsenal arasındakı qarşılaşma: Premyer Liqada gərgin duel
"Barsa"da gərginlik: əsas heyətə düşə bilmir
Ouen: İspaniyada olanda məni buna görə qəhrəman adlandırdılar
Tevesin birlikdə oynadığı ən yaxşı futbolçu: nə Messi, nə də Ronaldo
Messinin “Barsa”ya tövsiyə etdiyi istedad 4 nəhəngin hədəfində
Lionel Messinin karyerası ilə bağlı yeni iddialar