Anar Məmmədliyə 13 il həbs cəzası verildi
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
Minval.info xəbər verir ki, məhkəmənin qərarına əsasən, Anar Məmmədli 13 il, Anar Abdullayev isə 12 il müddətinə azadlıqdan məhrum edilib. Anar Məmmədli ötən ilin aprel ayında saxlanılıb və məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. Anar Abdullayev isə aprelin 8-də təqsirli bilinərək məsuliyyətə cəlb olunub.
Onlara qarşı Cinayət Məcəlləsinin müxtəlif maddələri, o cümlədən 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə ittiham irəli sürülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı
İki gəncin ölümünə səbəb olan sürücü niyə sərbəst buraxıldı?