07.09.2026 - 23:25
Təhsil
217 baxış
Şəkidə kollecin direktoru təqaüdə göndərildi
Şəki Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifov vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Bu qərar elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə həyata keçirilib.
Minval.info xəbər verir ki, Sərdar Şərifov 2020-ci ildən etibarən kollecin direktoru vəzifəsində çalışırdı. O, Baş nazirin sabiq müavini Abid Şərifovun qardaşı oğludur. Kollecin yeni direktoru vəzifəsini isə tədris işləri üzrə direktor müavini Günel Mustafayeva icra edəcək.
Xatırladaq ki, Şəki Dövlət Regional Kolleci 2020-ci ildə Şəki Pedaqoji Kolleci, Şəki Musiqi Kolleci və Şəki Dövlət Texniki Kollecinin birləşdirilməsi nəticəsində yaradılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
05.10.2026 - 11:45
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
19.09.2026 - 09:07
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
18.09.2026 - 22:16
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
18.09.2026 - 20:31
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
18.09.2026 - 17:08
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
18.09.2026 - 10:08
Universitetdə təhsil müddəti qısalır?
18.09.2026 - 09:19
Könül Kərimovanın nəvəsi Dəniz məktəb yolunda!
16.09.2026 - 19:16