08.09.2026 - 11:47
Siyasət 15 baxış

İranda benzinin qiyməti ikiqat bahalaşdı

İran hökuməti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırmağa qərar verib. Bu barədə İran Neft Nazirliyi rəsmi məlumat yayıb.

Minval.info xəbər verir ki, 8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiyməti 10.000 tümən (100.000 rial və ya təxminən 4-5 dollar) təşkil edəcək. İlk iki tarif isə dəyişməz olaraq qalır və müvafiq olaraq 1500 tümən və 3000 tümən səviyyəsindədir. Üçüncü tarif, yanacaq kartındakı ilk iki tarif tükəndikdən sonra tətbiq olunur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: