Bakıda yağıntı normanı 133% üstələdi!
Sentyabrın 8-də Bakıda və Abşeron yarımadasında aylıq normanı aşan yağıntı qeydə alınıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu bölgələrdə yağıntının miqdarı 30 mm-ə çatıb ki, bu da normanın 133%-ni təşkil edir.
Minval.info xəbər verir ki, ölkənin digər bölgələrində də yağıntılı hava şəraiti müşahidə olunub. Xızıda 23 mm, Astarada 18 mm, Qobustanda 17 mm, Ağdamda 14 mm, Sabirabadda 10 mm, Lənkəran və Şamaxıda 10 mm, Xaltan, Tərtər və Lerikdə 9 mm, Zərdabda 8 mm, Kürdəmirdə 7 mm, Şirvanda 4 mm, Yardımlıda 3 mm, Qax (Sarıbaş), Xınalıq, Quba və Göyçayda 2 mm, Cəbrayıl, Bərdə, Qusar, Qrız, Oğuz, Şəki (Kişçay), Biləsuvar, Naftalan, Balakən, Zaqatala, Gəncə, Goranboy, Daşkəsən, Göygöl, Yevlax, Ordubad, Beyləqan, İmişli, Şahdağ və Şabranda isə 1 mm-dək yağıntı qeydə alınıb.
Sentyabrın 8-i səhər saatlarından müşahidə olunan küləkli hava şəraiti tədricən zəifləyərək 8-13 m/s sürətinə çatıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dövlət xidməti yeni internet tariflərini təsdiqlədi
Sabah rayonlara dolu düşəcək, intensiv yağış yağacaq
Bakıda metro və avtobuslarda yeni tarif tətbiqi gözlənilir
Bakı metrosu ötən ay 16 milyondan çox sərnişin daşıyıb
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı