Biləcəri sakinləri bərbad yollarla mübarizədədir
Biləcəri qəsəbəsində məktəblərin açılmasına bir həftə qalmış yolun bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub. Sakinlər bildirirlər ki, küçənin asfalt örtüyü illərdir ki, dağılıb və bu istiqamətdə heç bir tədbir görülməyib. Bu vəziyyət avtomobillərin hərəkətində ciddi çətinliklər yaradır və məktəblilərin təhsil müəssisələrinə getməsini çətinləşdirir.
Minval.info xəbər verir ki, sakinlərdən biri narazılığını belə ifadə edib: “Bu yolla piyada gəzmək belə mümkünsüzdür. Avtomobillərimiz sıradan çıxır. Əraziyə baxan, problemlə maraqlanan yoxdur”.
Digər bir sakin isə vurğulayıb: “Nə gediş var, nə də gəliş. Dərslərin başlamasına bir həftə qalıb, amma vəziyyət bərbaddır. Bu yolda hərəkət edən maşınların ehtiyat hissələri tez-tez sıradan çıxır”.
Binəqədi Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sözügedən ünvan təmirə ehtiyacı olan yolların siyahısına daxil edilib və asfalt örtüyünün yenidən qurulması ilə bağlı aidiyyəti quruma müraciət olunub. Prosesin icrası mərhələli şəkildə həyata keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?