Biləcəri yollarında tıxac: Sakinlər etiraz edir
Biləcəridə yolların bağlı olması və ərazidə yaranan nəqliyyat sıxlığı ilə bağlı narazılıqlar artmaqdadır. Tanınmış aparıcı Amil Xəlil bu vəziyyətə etirazını bildirib.
Minval.info xəbər verir ki, Amil Xəlil sosial şəbəkədə paylaşdığı videoda Biləcərinin dörd girişindən üçünün bağlı olduğunu qeyd edib. O, 300 nömrəli məktəbin qarşısında 10 gündür aparılan qazıntı işlərinin hələ də tamamlanmadığını və yolların təmir edilmədiyini vurğulayıb.
Aparıcı həmçinin “Şamaxinka” adlanan ərazidən Biləcəriyə düşən yolun asfalt örtüyü çəkildiyinə görə bağlandığını, alternativ yol kimi yalnız “Azadlıq” metrosu və Rəsulzadə qəsəbəsi tərəfdən keçidin mümkün olduğunu bildirib. Lakin bu yolda da hər zaman tıxacın olduğunu qeyd edib. Amil Xəlil, işlərin tamamlanmasına baxmayaraq, təsdiq prosesinin uzun çəkdiyini və bu səbəbdən problemlərin yaşandığını bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin diaqnostik qiymətləndirilməsi yenidən keçiriləcək
Müəllimlərin işə qəbulu: Müsahibə nəticələri açıqlandı
Bərdə təhsil sektorunun müdiri 19 gün sonra atasını itirdi
MİQ üzrə 1467 namizəd iş imkanı qazandı
Peşə təhsilinə qəbulda 8791 nəfər uğur qazandı
Ali təhsil müəssisələrində 1393 plan yeri boş qalıb
İmtahanlara PİSA tipli tapşırıqlar gəlir