Məktəb yollarında sıxlıq: Valideynlərə vacib xəbərdarlıq
Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq, övladlarını məktəbə avtomobillə aparan valideynlərə və tələbələrə yol hərəkəti qaydalarına riayət etmələri tövsiyə olunur. Bu, paytaxtın küçə və prospektlərində nəqliyyat sıxlığının qarşısını almaq məqsədi daşıyır.
Minval.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırovun verdiyi məlumata görə, paytaxtda yerləşən təhsil müəssisələrinin ətrafında müşahidə kameraları vasitəsilə yollar nəzarətdə saxlanılacaq. Nəqliyyat sıxlığının yaranması hallarında yol polisinə məlumat veriləcək və işıqforlarda “yaşıl dalğa” rejimi tətbiq ediləcək.
Valideynlərə və tələbələrə tövsiyə olunur ki, şəxsi minik avtomobillərini mümkün qədər yeraltı və yerüstü dayanacaqlarda park etsinlər və nəqliyyat vasitələrini dayanma və durmanın qadağan olunduğu yerlərdə saxlamasınlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?