Son 11 il rekord istilərlə yadda qaldı
Ümumdünya Meteorologiya Təşkilatının (WMO) Baş katibi professor Celeste Saulo, son 11 ilin ən isti dövr olduğunu açıqlayıb. O, bu fikirləri “Bakı İqlim Həftəsi 2026” çərçivəsində keçirilən paneldə səsləndirib. Panelin mövzusu “Süni intellektin çoxsaylı təhlükələrə qarşı erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının üstünlükləri və çağırışları” olub.
Minval.info xəbər verir ki, professor Saulo, Nepalda baş verən dağıdıcı daşqınların istiləşən kriyosferin fəlakətlərə səbəb ola biləcəyini bir daha göstərdiyini qeyd edib. O bildirib ki, insanları və iqtisadiyyatları proqnozlaşdırılan hadisələrin təsirlərindən qorumaq üçün elmi biliklərin vaxtında və praktik tədbirlərə çevrilməsi vacibdir. Bunun üçün iqlim dəyişmələri ilə mübarizədə mövcud olan bütün vasitələrdən istifadə edilməlidir.
Celeste Saulo, süni intellektin proqnozların dəqiqliyini artırmaq və hesablamaları sürətləndirmək üçün yeni imkanlar yaratdığını vurğulayıb. O, çoxsaylı təhlükələrə qarşı erkən xəbərdarlıq sistemlərinin, iqlim məlumatları xidmətlərinin və müşahidə şəbəkələrinin mühüm ictimai infrastruktur olduğunu bildirib. Bu sistemlər insanları qoruyur, iqtisadi inkişafı dəstəkləyir və icmalara dəyişən iqlimə hazırlaşmağa kömək edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
Azərbaycan elminə ağır itki
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi