Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. Minval.info yazır ki, dövlət başçısının 60 yaşı tamam olur.

İ. Əliyevi siyasətçilər, ictimai xadimlərlə yanaşı mədəniyyət üzvləri də təbrik edib.

Xalq artisti Nəzakət Teymurova:

“Müzəffər Ali Baş Komandan, ad gününüz mübarək ! Sizə Allahdan uzun ömür , can sağlığı arzulayıram ! Yaşayın və Azərbaycanımızı daha da yüksəklərə aparın ! Biz sizə inanırıq!”

 Xalq artisti Faiq Ağayev:

“Ad gününüz mübarək, əziz cənab Prezident!

Vətənimizə, Xalqımıza şanlı Qarabağ Zəfərini yaşatdığınız, milli iftixar hissimizi yenidən parlatdığınız üçün adınız tarixdə böyük sərkərdə, Qarabağ xilaskarı, Qurucu İlham olaraq əbədi yaşayacaqdır!

Bu ümman boyda səadəti Azərbaycana bəxş etdiyinizə görə rəhbərlik etdiyiniz şanlı Ordumuza və şəxsən Sizə olmazın minnətdaram, qüdrətli Ali Baş Komandanım! Sizinlə qürur duyuram!

Allah sizə yar və yardımçı olsun, İlham Əliyev”.

Xalq artisti Firəngiz Mütəllimova:

“Əziz Prezident, yubileyiniz mübarək! Qarabağa çəkdiyiniz zəfər yolu size daim yeni uğurlara və zəfərlərə aparsın!”

Xalq artisti Həmidə Ömərova:

“Mehriban, səmimi ata, layiqli övlad, həm cəbhədə, həm də siyasi arenada qalib gələn müdrik sərkərdə-bizim Prezidentimiz! Yubileyiniz mübarək!”

 Əməkdar artist Aybəniz Haşımova:

“Artıq yuxularımıza belə küsüb gəlməyən Şuşanı, Vətəni sizin rəhbərliyiniz ilə igidlərimiz azad etdi. Vətəni həsrətdən xilas etdiz. Sözlə bitə bilməyəcək qədər sizə minnətdarıq. Sizin 60 illik yubileyinizə ən böyük hədiyyəni şəhid, qazi, əsgərlərimiz bağışladı. Bundan böyük təbrik ola bilməzdi, qalib Prezident! Sizi ürəkdən təbrik edirəm”.

 Xalq artisti Röya Ayxan:

“Bizə zəfər qazandıran Ali Baş Komandan! Mən bir vətəndaş, övlad, ana, Xalq artisti olaraq sizi təbrik edirəm. Siz bizə həyatımız boyu unutmayacağımız bir hədiyyə bəxş etdiniz. O hədiyyə ki, hər kəsin qürurlandırdı, fərəhləndirdi. Sizi sevirəm, bu, hər zaman belə davam edəcək. Xoşbəxt, sağlam və daim bizimlə olun”.

Ruhi Əliyeva:

“Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin doğum günüdür.

Biz xoşbəxtik ki, bizim İlham Əliyev kimi prezidentimiz var. O, bizlər üçün yalnız prezident deyil, həm qalib sərkərdədir, xilaskardır və ən əsası əsl vətəndaşlıq nümunəsidir.

Həm daxili, həm xarici siyasətini ürəkdən bəyənən və daim müdafiə edən bir şəxs kimi doğum günü münasibətilə əziz Prezidentimiz İlham Əliyevi ürəkdən təbrik edir, ona, övladlarına və əzizlərinə möhkəm can sağlığı, uzun ömür və Azərbaycanımızın çiçəklənməsi yönündəki fəaliyyətində uğurlar arzulayıram.

Doğum gününüz mübarək, əziz Prezident!”

Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Murad Dadaşov, Brilliant Dadaşova, Avroviziya qalibləri Nigar Camal, Eldar Qasımov, muğam ifaçısı Gülay Zeynallı və başqaları Prezidenti təbrik postları yazıb, liderlə fotolarını instaqram hesablarında paylaşıblar.