Şuşada daha 15 yaşayış binasının inşasına başlanılır - Fotolar
Şuşa şəhərində inşa olunacaq yaşayış kompleksinin daha 15 binasının tikintisinə, abadlaşdırılmasına və əlavə texniki qurğuların inşasına dair Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin elan etdiyi açıq tenderin qalibi müəyyən edilib.
Bu barədə “Minval.info”ya qoruqdan məlumat verilib.
Ümumilikdə 9 şirkətin təqdim etdiyi təklifləri tender komissiyasının üzvləri qiymətləndirib və komissiyanın qərarı ilə “ARCHİCO” MMC qalib elan olunub. Tender şərtlərinə görə, şirkət avtodayanacaqla birgə, 3-5 mərtəbə olmaqla 15 yaşayış binası tikəcək, həmçinin tikinti başa çatdıqdan sonra binaların 24 aylıq istismarına zəmanət verəcək.
Şuşa şəhərinin Baş planına uyğun olaraq ümumilikdə 23 binadan ibarət yaşayış massivinin inşası həyata keçirilir. Binalar müasir görüntülü və yerli hava şəraitinin tələblərinə uyğun olaraq tikilməkdədir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Bu, nazirliyin səlahiyyəti çərçivəsində deyil” - Əbülfəs Qarayev
Xalq artistinin 10 milyard sərvəti kimə qalacaq?
ƏDV-nin ləğvi nələri dəyişəcək? – Kitablar böyük endirimlə satılacaq....
Ruhi Türkiyənin məşhur ulduzlarını Bakıya gətirəcək - Foto
"50 manata şou-proqramda oxuyur, kreditə görə evini satıb"
MEDİA-da “Əl Cəzirə” rəsmisi ilə görüş