Türkiyə-İsrail gərginliyi: Suriyada toqquşma riski artır
Türkiyə ilə İsrail arasında gərgin münasibətlər fonunda, bəzi ekspertlər bu iki ölkə arasında hərbi toqquşmanın baş verə biləcəyini düşünürlər. Yunanıstan mətbuatında yayımlanan bir ssenariyə əsasən, bu qarşıdurma genişmiqyaslı böhrana səbəb ola bilər.
Minval.info xəbər verir ki, təhlillərə görə, tərəflərin toqquşa biləcəyi əsas nöqtə Suriyadır. Türkiyə burada hərbi mövcudluğunu davam etdirir və İsrail bu vəziyyətdən narahatdır. Bu səbəbdən, hər iki ölkənin hərbi qüvvələrinin eyni ərazidə fəaliyyət göstərməsi müharibə qərarı olmadan da birbaşa toqquşma riskini artırır.
Siyasi şərhçi Rufiz Hafizoğlu bildirir ki, Türkiyə ilə İsrailin açıq qarşıdurmaya getmələrinə imkan verilməyəcək. Çünki bu, İsrail üçün ciddi fəsadlara yol aça bilər. Hafizoğlu qeyd edir ki, müharibə ehtimalını gündəmə gətirən daha çox İsrail mətbuatıdır və bu, seçkiqabağı dövrdə xal qazanmaq istəyən İsrailin baş naziri Benyamin Netanyahunun maraqlarına xidmət edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Netanyahunun oğlu İsraildəki ərəb partilərini tənqid etdi
Gürcüstan və Azərbaycan sərhədin delimitasiyasını sürətləndirmək istəyir
Ərdoğan: Türk dünyasının ailə fotoşəkilində ayrılığa yer yoxdur
Paşinyan istefa üçün şərtini açıqladı
Mahmud Abbasın Yunan Kiprinə səfəri: siyasi əlaqələrdə yeni dönüş
İsraildə kritik seçki sonrası siyasi düyün: son vəziyyət
Rusiya Afrikada səfirliklərin sayını 48-ə çatdırıb