09.09.2026 - 23:15
Hadisə 19 baxış

Kliniki ölüm keçirən ateist Tanrıya inandı

ABŞ Müdafiə Nazirliyinin keçmiş laborantı Anna Stoun 38 yaşında kliniki ölüm keçirib və bu hadisədən sonra Tanrının varlığına inandığını açıqlayıb. O, ektopik hamiləlik zamanı ürəyinin altı dəqiqə dayandığını və bu müddətdə uşaqlığının müxtəlif yaş dövrlərinə aid obrazlarını gördüyünü, Tanrının varlığını hiss etdiyini iddia edib.

Minval.info xəbər verir ki, Stoun bu təcrübə zamanı öz bədəninin yanında dayanaraq həkimlərin onun ölümünü qeydə almasını izlədiyini bildirib. O, özünü 2, 6, 12 və 16 yaşlarında görüb, həyatında münaqişə yaşadığı insanlarla qarşılaşıb və öz hərəkətlərinə onların baxış bucağından baxa bildiyini deyib.

Stoun Tanrının varlığını okeana, insanları isə bu okeandan ayrılmış damlalara bənzədib. Onun təsvirinə görə, hər bir insanın daxilində ilahi bir hissə var və ölümündən sonra insanlar fərdiliyini itirmədən vahid şüur “dənizinə” qayıdırlar. Həkimlər altı dəqiqədən sonra onu həyata qaytara biliblər.

Həyata qayıtdıqdan sonra Stoun paranormal qabiliyyətlərə malik olduğunu iddia edib. Onun sözlərinə görə, təhlükə barədə xəbərdarlıq edən daxili səs eşitməyə başlayıb. Məsələn, bu səs ona piyadanın avtomobil tərəfindən vurula biləcəyi barədə xəbərdarlıq edib. Başqa bir halda isə o, tanımadığı bir şəxsin saatla bağlı ağlından keçirdiyi suala cavab verib.

Cənubi Kaliforniya Universitetində aparılan müayinələr zamanı şizofreniya ehtimalı istisna edilib və ona yalnız ağır uşaqlıq dövrü ilə əlaqəli posttravmatik stress pozuntusu diaqnozu qoyulub. Stoun həmçinin alkoqol asılılığından qeyri-adi şəkildə qurtulduğunu deyib. Onun sözlərinə görə, spirtli içki ağzında isti köpüyə çevrilməyə başlayıb. Daha sonra o, mənəvi psixologiya üzrə təhsil alıb və hazırda dərs deyərək digər insanlara travmalarını anlamağa kömək edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: