09.09.2026 - 22:47
Ölkə 15 baxış

Azerbaijan Open 2026: Bakıda qolf həyəcanı!

Bakıda təşkil olunan ‘Azerbaijan Open 2026’ qolf turniri yerli və xarici həvəskar qolfçuları bir araya gətirdi. ‘Azərsun Holdinq’, ‘PASHA Real Estate’ və ‘Dreamland Baku’nun dəstəyi ilə baş tutan bu tədbir, 2016-cı ildən bəri ‘Dreamland Golf Club’ tərəfindən təşkil olunur və artıq ənənə halını alıb.

Minval.info xəbər verir ki, iki gün davam edən turnirdə iştirakçılar fərdi və komanda yarışlarında mübarizə apardılar. Turnirin ümumi çempionu və komanda yarışının qalibi Xəlil Hüseynov, İlqar Əhmədov, Elman Rzayev və Tofiq Əfəndizadə oldu. İkinci yeri Nitin Kapoor, Kim Kwang Il, Kim Changsoo və Sang Jun Park, üçüncü yeri isə Chris Williams, Mark Taylor, Brian Lawson və Graham Beattie tutdu.

Turnirin tərəfdaşları arasında ‘Dreamland Golf Club’, Azərbaycan Qolf Federasiyası, ‘Khazar Fabrication’, ‘Shura Links’, ‘Paragraph, Zala Springs Golf Resort’, ‘Dreamland Golf Hotel’, ‘IMG’, ‘Kaşıbeyaz Baku’, ‘Bazarstore’, ‘The National Azerbaijan Golf Club’ və ‘Dream Body Athletic Club & Spa’ yer aldı. ‘Azerbaijan Open’ turniri, həvəskar qolfçuların beynəlxalq təcrübə qazanmasına, Azərbaycanda qolfun təbliğinə və ölkənin beynəlxalq qolf məkanı kimi tanıdılmasına mühüm töhfə verir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: