“Şuşa İli”nə həsr olunmuş kitablar təqdim olunacaq
Kürdəmir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə nəşr olunan “Şuşa İli”nə həsr olunmuş “Zəfərin Amili” və “Yeni bir səhər” kitablarının təqdimatı keçiriləcək.
Tədbir 23 sentyabr saat 15:00-da Azərbaycan Yazıçılar Birliyində keçiriləcək.
“Zəfərin Amili” 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Amil Hüseynovun həyatını mərkəzə alaraq əslində, bütün şəhidlərin, müharibə iştirakçılarının və müharibə zamanında onları gözləyənlərin duyğularından, yaşantılarından bəhs edir. Şəhidin həyat yoldaşı Xalisə xanım 44 günlük Vətən müharibəsində yaşananların bir qadının həyatında nələri dəyişdiyini anladır.
“Yeni bir səhər” kitabı isə regionda yaşayan istedadlı gənclərdən olan Aygün Bayramlının şeirlərindən ibarət bir topludur.
Hər iki nəşrin layihə rəhbəri və ön sözün müəllifi Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Xudanlı, redaktoru idarənin Xocavənd rayonu üzrə nümayəndəsi, yazar, ədəbiyyatşünas Ramil Əhməddir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi