Qalatasaray Sportinqə məğlub oldu, Liverpul sevindi
UEFA Çempionlar Liqasında əsas mərhələnin I turunun növbəti oyunları keçirilib. İkinci oyun günündə daha 6 qarşılaşma baş tutub. Türkiyənin “Qalatasaray” komandası Portuqaliyada “Sportinq”in qonağı olub və 3:1 hesabı ilə məğlubiyyətə uğrayıb.
Minval.info xəbər verir ki, günün maraqla gözlənilən digər görüşlərindən biri İngiltərədə baş tutub. “Liverpul” doğma azarkeşləri önündə İspaniyanın “Atletiko” komandası ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
Digər oyunların nəticələri isə belədir: “Barselona” (İspaniya) “Feyenoord”u (Niderland) 5:1, “Ştutqart” (Almaniya) “Vikinq”i (Norveç) 3:1, “Napoli” (İtaliya) “Arsenal”a (İngiltərə) 0:1, PSJ (Fransa) “Slovan”ı (Slovakiya) 6:1 hesabı ilə məğlub edib.
Xatırladaq ki, Liqa mərhələsinin I turuna bu gün yekun vurulacaq. Azərbaycan çempionu “Sabah” İngiltərədə “Mançester Yunayted”lə qarşılaşacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır
Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb