Simonyan hakimiyyəti tənqid edən rus mühacirlərini mühakimə etməyə çağırır
“Russia Today” kanalının rəhbəri Marqarita Simonyan yeni “orijinal” təklif irəli sürüb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “Vladimir Solovyovla axşam” verilişində RT-nin baş redaktoru ölkəni tərk edən və hakimiyyəti tənqid edən rusların vətənə xəyanətdə mühakimə olunmalı olduğunu deyib:
“Ümumiyyətlə, bu şəxslər Cinayət Məcəlləsinin “dövlətə xəyanət” maddəsi ilə mühakimə olunmalıdırlar. Biz “Xüsusi hərbi əməliyyat”dan (Rusiyada Ukraynaya qarşı aparılan işğalçı müharibəyə qoyulan rəsmi ad-red.) öncə də bunu danışmışdıq. Və mən hələ də başa düşə bilmirəm ki, niyə bu insanlar hələ də “vətənə xəyanət” maddəsi ilə mühakimə olunmurlar. Orada rus dilində yazılıb ki, sifarişlə və ya pulla məlumat toplayırsansa və ya başqa yolla öz ölkənlə düşmənçilik edən xarici dövlətə töhfə verirsənsə, hansısa yolla öz ölkənə qarşı vuruşursan “,-deyə Simonyan deyib.
İtaliyada, Komo gölü sahillərində villası olan aparıcı Vladimir Solovyov onun ideyasını dəstəkləyib. O, ölkədən gedənlərin əmlakına dövlətin həbs qoyulmamasından da şikayətlənib: “Biz onların əmlakına belə toxunmuruq. Hələ “müsadirə” o yana, heç həbs də etmirik”. Solovyova görə, Rusiya artıq güllələnmə dövrlərinə geri qayıtmalıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Abdullah Gül prezidentliyə namizədlik planları qurur?
Böyük Qarabağ anlaşması üçün unikal model: Rusiya “kartları” dəyişir
Bolqarıstanın dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib
Ermənistan sərhədlərimizdə niyə gərginlik çıxarır? - Politoloq cavablandırır
"Səmimi desəm, bu, məni maraqlandırmır" - İlham Əliyev
Azərbaycan sərhədlərində MÜHARİBƏ BAŞLAYIR – Ağ Ev tarixini ELAN ETDİ