Üç övladlı ailələrə 420 manat müjdə!
Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması və bu ailələrə əlavə sosial dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun irəli sürdüyü bu təklif qəbul edilərsə, həmin ailələr üçün yeni imkanlar açılacaq.
Minval.info xəbər verir ki, təklif artıq Milli Məclisə təqdim olunub. İqtisadçı Asif İbrahimov bu təklifin ölkənin demoqrafik siyasətinə yenidən baxılması baxımından mühüm addım olduğunu bildirib. Hazırda 5-dən çox övladı olan qadınlara hər uşağa görə aylıq 140 manat müavinət ödənilir. Təklif olunan dəyişiklik isə 3 və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınmasını və hər birinə görə sosial ödəniş imkanının yaradılmasını nəzərdə tutur.
İqtisadçı əlavə edib ki, üçüncü uşaq ailə üçün əlavə iqtisadi yük yaradır və bu yükün dövlət tərəfindən kompensasiya olunması vacibdir. Doğum səviyyəsinin artırılması məqsədilə yalnız aylıq müavinətlə kifayətlənmək olmaz, kompleks ailə siyasəti formalaşdırılmalıdır. Buraya uşağa görə ödənişlə yanaşı vergi güzəştləri, mənzil dəstəyi və digər mexanizmlər də daxil edilməlidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
Mariya Zaxarovanın mahnısı dinləyicilərlə görüşdü
Merts Almaniyada etirazçıların hədəfində: "Rədd ol!" şüarı
Meloni İtaliyada yeni siyasi rekord qırdı
Putindən Zelenskiyə cavab: "Terrorçularla danışıqlar aparılmır"