Kompensasiya təklifi: 90 min yox, 180 min!
Kiçik sahəli mənzillərin sökülməsi zamanı vətəndaşların daha uyğun kompensasiya alması məqsədilə yeni mexanizmin tətbiqi təklif edilir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun verdiyi məlumata görə, hökumətə təqdim olunan təklifə əsasən, 30 kvadratmetrədək sahəsi olan mənzillər üçün kompensasiya xüsusi əmsalla artırıla bilər.
Minval.info xəbər verir ki, məsələn, bir kvadratmetr üçün 3 min manat hesablandıqda, 30 kvadratmetrlik mənzilə 90 min manat kompensasiya düşür. Xüsusi əmsal tətbiq olunarsa, bu məbləğ 180 min manata qədər artırıla bilər. Digər təklif isə vətəndaşa pul əvəzinə və ya kompensasiyanın bir hissəsi müqabilində eyni və ya yaxın ərazidə yeni mənzil verilməsidir. Bu, xüsusilə kiçik sahəli ev sahiblərinin yeni mənzil əldə etməsini asanlaşdıra bilər.
Özəl şirkətlərin əmlak alışı isə tərəflər arasında razılaşma əsasında həyata keçirilir. Mülkiyyətçi təklif olunan məbləğlə razılaşmadıqda əmlakını satmaqdan imtina edə bilər ki, bu da bəzi ərazilərdə yeni tikililərin arasında ayrı-ayrı köhnə evlərin qalmasına səbəb olur. Tərəflərin razılığı ilə kompensasiyanın bir hissəsinin pul, digər hissəsinin isə yeni tikilidən mənzil formasında verilməsi də mümkündür. Məsələn, 400 min manatlıq əmlak üçün 150 min manat pul və 250 min manat dəyərində mənzil təqdim edilə bilər. Belə mexanizmin tətbiqi həm vətəndaşların mənzil təminatını yaxşılaşdıra, həm də mülkiyyətçilərlə tikinti şirkətləri arasında razılaşmaların daha asan əldə olunmasına imkan yarada bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İrlandiyanın məşhur musiqiçisi Dónal Lunny vəfat edib
Hakan Fidan: İsrailin hərəkətləri beynəlxalq güvəni azaldır
Avropa müharibəyə hazırlaşmalıdır: iqtisadiyyat və təhlükəsizlik
Paşinyandan AİB ölkələrinin təhdidinə reaksiya: Mövqeyim dəyişməyib
Paşinyan: Türkiyə sərhədi ilə bağlı Bakı ilə danışıqlar davam edir
Ukrayna-Rusiya sülh danışıqlarında üç əsas tələb müzakirə edilir
Türkiyə R4 və E3 formatında mühüm toplantılara ev sahibliyi edəcək